Bakıda ərzaq məhsullarının son qiyməti - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ərzaq məhsullarının son qiyməti - SİYAHI

Sosial

08 Aprel 2022 14:55 1080


Rusiya-Ukrayna müharibəsi fonunda bir çox malların, ələlxüsus da kənd təsərrüfatı məhsullarının ölkəmizə ixracında məhdudiyyətlər yaranıb. Xüsusən də taxılın idxalının 30%-i bu ölkələrin payına düşür.

İqtisadçı deputat Vüqar Bayramlı Asan radioya açıqlamasında ölkəmizə taxılın idxalı ilə bağlı Hindistanla danışıqlar aparıldığını, Azərbaycanın taxıl ehtiyatının kifayət qədər olduğunu, Ukrayna və Rusiya müharibəsi başlanmamışdan əvvəl taxıl tədarükünün əvvəlki illərə nisbətən dörd dəfə artıq etdiyini bildirib.

Sosial şəbəkələrdə bazarların od tutub yandığı, bütün məhsulların, xüsusən də ikinci çörək sayılan kartofun qiymətində artım olduğu bildirilir. pizza mizza

Əhalinin bazarlardan daha çox, marketlərdən alış-veriş etdiyini nəzərə alaraq Yenisabah.az vəziyyətlə bağlı yerindəcə tanış olub və şəhər marketlər şəbəkəsinin birində qiymətlərlə maraqlanıb. Hazırda marketlərdə istehlak səbətinə daxil olan ərzaq məhsulları aşağıdakı qiymətə satılır. 

  • Şəkər tozu 1 kq - 1.81
  • Un (endirimlə) 2 kq – 1.85
  • Ən ucuz bitki yağı 1 l – 4.79
  • Yumurta 1 ədəd – 0.14
  • Kənd yumurtası 1 ədəd – 0.30
  • Ət qiyməsi 1 kq -  10.99
  • Dana əti (sümüksüz) 1 kq – 14.50
  • Dana əti (sümüklü) 1 kq – 10.99
  • Quzu qol bud 1 kq – 14.99
  • Toyuq budu 1 kq – 6.19
  • Toyuq bud dibi 1 kq – 6.19
  • Toyuq qanadı 1 kq – 6.19
  • Toyuq filesi 1 kq – 8.19
  • Toyuq ciyəri 1 kq – 4.39
  • Limon 1 kq – 2.40
  • Çiyələk (endirimlə) 1 kq – 5.49
  • Alma (ən ucuzu endirimlə) 1 kq – 0.99
  • Portağal (endirimlə) 1 kq – 1.69
  • Göyərti 1 ədəd – 0.18
  • Pomidor 1 kq – 3.40
  • Xiyar 1 kq - 1.69
  • Kələm 1 kq – 1.20
  • Kartof 1 kq – 1.20
  • Kartof (Qazax) 1 kq – 1.49
  • Soğan 1 kq – 1.10

Cavad Salmanlı
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!