Bakıda evdə yanğın:   Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evdə yanğın: Xəsarət alanlar var

Hadisə

26 Mart 2023 14:25 760


Bakıda evdə yanğın olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 kvadratmetr olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə, içərisində ümumi sahəsi 45 kvadratmetr olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 kvadratmetr sahədə yanıb. Toyuqlu pizza

Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 kvadratmetr sahədə əriyib.

Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!