Bakıda “Formula 1”ə görə hərəkət daha da məhdudlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Formula 1”ə görə hərəkət daha da məhdudlaşdırılır

Sosial

01 İyun 2022 21:24 975


"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda hərəkət daha da məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Yenisabah.az-a verilən məlumata görə, bu gün gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanacaq.

Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edib. Marqarita pizza

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!