Bakıda futbol bayramı: “Qarabağ“ “Frayburq“a qarşı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda futbol bayramı: “Qarabağ“ “Frayburq“a qarşı 

İdman

03 Noyabr 2022 10:09 2015


Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda son matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda “Frayburq”u qəbul edəcək. Qrupda 1-ci yeri təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün vacib matçdır. Almaniyadakı görüşdə bu rəqibinə uduzan (1:2) "Qarabağ" pley-offa yüksəlmək üçün bu dəfə qalib gəlməlidir. Təmsilçimiz bugünkü görüşdə qələbə qazanmadan da mərhələni adlaya bilər. Bunun üçün "Nant" "Olimpiakos"la Yunanıstanda keçiriləcək görüşdə xal itirməlidir.  pizza sifarişi

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq.

3 noyabr

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur 

G qrupu

21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!