Bakıda gecə klubunda əylənən ərəb üçün fantastik hesab -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gecə klubunda əylənən ərəb üçün fantastik hesab - Foto

Rəsmi

24 Avqust 2019 06:23 1957


Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub. 

“Yeni Sabah” Sputnik Azərbaycan-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb.

Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər. Onlar buna 2000 AZN-dən çox pul xərcləyiblər. Pepperoni pizza

Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır. Xatırladaq ki, bir müddət öncə paytaxtdakı kafelərin birində nahar edən ərəblər 1143 manat pul ödəyiblər. Bundan əvvəl isə Qəbələdə qəlyanaltı ərəb turistlərə 617 manata başa gəlmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!