Bakıda güclü duman var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü duman var

Sosial

27 Fevral 2023 08:33 995


Bu gün səhər saatlarında paytaxt Bakıda güclü duman müşahidə olunur.

“Yeni Sabah” xəbər verir ki, hazırda şəhərin əksən istiqamətlərində qatı duman var. Bu görmə məsafəsini məhdudlaşdırıb və avtomobillərin sürətli hərəkətinə mane olub. 

Bildirək ki, bu Milli Hidrometeorologiya Xidmətinin ötən gün yaydığı peoqnozda də öz əksini tapmışdı. Marqarita pizza

Proqnozda bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!