Bakıda güclü külək əsir, bəzi rayonlara qar yağır   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA

Sosial

16 Aprel 2025 00:44 490


Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, aprelin 16-sı saat 00:00-a olan məlumata əsasən, hazırda bir sıra bölgələr normadan artıq yağıntı düşür.

Belə ki, düşən yağıntının miqdarı Qubada 50 mm (aylıq normanın 105%-i), Qusarda 31 mm (aylıq normanın 65%-i), Beyləqanda 30 mm (aylıq normanın 98%-i), Ağdamda 27 mm (aylıq normanın 55%-i), Lerikdə 26 mm (aylıq normanın 36%-i), Xocalıda 25 mm (aylıq normanın 35%-i), Zərdabda 24 mm (aylıq normanın 77%-i), Oğuzda 24 mm (aylıq normanın 25%-i), Füzulidə 20 mm(aylıq normanın 37%-i), Göyçayda 20 mm (aylıq normanın 103%-i), Xaltanda 19 mm (aylıq normanın 28%-i), Şəkidə 19 mm (aylıq normanın 21%-i), Balakəndə 19 mm (aylıq normanın 19%-i), Kürdəmirdə 18 mm (aylıq normanın 52%-i), Ağstafada 18 mm (aylıq normanın 48%-i), Tərtərdə 17 mm (aylıq normanın 70%-i), Yevlaxda 17 mm (aylıq normanın 51%-i), Mingəçevirdə 17 mm (aylıq normanın 50%-i), Qəbələdə 17 mm (aylıq normanın 17%-i), Yardımlıda 16 mm (aylıq normanın 26%-i), Sabirabadda 15 mm (aylıq normanın 50%-i), Naftalanda 15 mm (aylıq normanın 48%-i), Bərdədə 15 mm (aylıq normanın 62%-i), Şabranda 14 mm (aylıq normanın 48%-i), Qaxda 13 mm (aylıq normanın 19%-i), Gəncədə 12 mm (aylıq normanın 39%-i), Altıağacda 12 mm (aylıq normanın 17%-i), İsmayıllıda 11 mm (aylıq normanın 11%-i), İmişlidə 10 mm (aylıq normanın 34%-i), Şamaxıda 10 mm (aylıq normanın 15%-i), Zaqatala, Naxçıvan, Şəmkir, Qobustan, Lənkəran, Göygöl, Cəlilabad, Tovuz, Biləsuvar, Ceyrançöl, Daşkəsən, Astara, Gədəbəy, Zəngilanda 2-9 mm-dir. pizza hut

Dağlıq ərazilərdə - Şahdağ, Kəlbəcər, Şuşa, Laçında isə qar yağır.

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-yə çatır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!