Bakıda güclü yağış başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü yağış başlayıb

Sosial

25 May 2022 08:27 934


Səhər saatlarından paytaxt Bakıda güclü yağış başlayıb. 

“Yeni Sabah” xəbər verir ki, yağışlı hava ilə əlaqədar olaraq paytaxtın mərkəzi küçə və prospektlərində avtomobillərin sıxlığı müşahidə olunur. 

Milli Hidrometeorologiya Xidmətinin xəbərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Pepperoni pizza

Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!