Günlərdir Bakıda axtarılan 18 yaşlı qız tapılıb.
Milli.Az xəbər verir ki, "Səni Axtarıram" verilişinə müraciə edən qızın valideyinlərinə övladlarının tapıldığı xəbəri verilib.
Xoşqədəm Məryəm adlı 18 yaşlı qızı studiyaya dəvət edib. Yeniyetmə qız anasının üzündən evi tərk etdiyini bildirib. O deyib ki, anam məni istəmədiyim işdə çalışmağa məcbur edirdi.
Məlum olub ki, Məryəm günlərdir paytaxtda Yunus adlı yeniyetmə oğlanla birlikdə kirayədə qalırmış. Onlar sevgili olmadığını bildiriblər. Qız Yunusla dostluq münasibətlərinin olduğunu təkrar-təkrar bildirsə də, Məryəmin anası qızının yalan dediyini bildirib.
O da ortaya çıxıb ki, Məryəmin kirayə pulunu Yunusla birgə çalışaraq ödəyiblər.
Telegram kanalımız