Bakıda günü 8 min manata otel otağı - Buna görə bahadır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda günü 8 min manata otel otağı - Buna görə bahadır

Turizm

13 Avqust 2024 14:14 21200


Bakıda müştərilərə günü 8000 manata olan otel otağı təqdim edilir. Bu isə sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. 

Belə ki, bir gecəlik qiyməti 8 000 manat olan "Prezident suit"i Bilgəh ərazisində yerləşən hotellərdən birindədir. 

Bəziləri bu qiymətin fantastik olduğunu bildirir, bəziləri isə bunun doğruluğuna şübhə edir.  Pepperoni pizza

Bəs görəsən, otel otağının bu qiymətə təklif edilməsi doğrudurmu? Otağın bu qədər baha olmasına səbəb nədir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan turizm üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, dünyanın hər yerində lüks otel otaqları var və Azərbaycan üçün bu qiymət normaldır: 

“Azərbaycanda bu qiymətə otelin olması qanunauyğundur. Çünki ölkəmizdə turizm sektoru durmadan inkişaf edir, brend otellər əmələ gəlib. Bu cür brend otellərdə VİP müştərilər üçün lüks, “kral otağı” hazırlayırlar. Bütün prestijli otellərdə bir və ya bir neçə ədəd “kral otağı” tapmaq mümkündür. Bu otağın qiymətinin 5000 dollar olması Azərbaycan standartları üçün çox normaldır. Əgər biz dünya standartlarına baxsaq, ən bahalı otellərin İsveçrədə olduğunu görərik. Orada “ President Wilson” oteli var, həmin otelin 2kral otağı”nın qiyməti 83.000 dolları keçir. 

“President suit”in (kral otağı) qiyməti yerləşmə ərazisi, yataq və qonaq otaqlarının sayı, hansı şəraitin olması ilə müəyyənləşir. İsveçrədə olan “kral otağı”nın 12 yataq otağı, 12 hamam otağı var və otel Cenevrə gölünün sahilində yerləşir. 

Başqa bir nümunə kimi Hindistanda yerləşən “The Raj Palace” otelini göstərə bilərik. Bu oteldə “kral otağı”nın bir gecəlik qiyməti 60.000 dollardır. Burada da otaq sayı çoxdur. Bu. Qiymətlərin ölçülməsində əsas faktordur.

Kannda yerləşən “Hyatt Regency”in “Martinez” oteli də bu cür lüks otellərin siyahısındadır. Bu otelin “President suit”i 51.000 dolları ötür.

İlk üçlükdə İsveçrə, Hindistan, Fransa otelləri dayanır”. 

Ekspert deyib ki, “kral otaq”ları sadə vətəndaşlar üçün nəzərdə tutulmayıb və onlar üçün sözügedən otel otaqları əlçatan deyil: 

“Bu otellərin qiymətlərini Azərbaycandakı otellərlə müqayisə etsək, 8000 manatın çox normal olduğunu görə bilərik. Sadəcə, Azərbaycanda bu qiymətə otelin olması bizim üçün çox qəribə gəlir. Nəzərə almaq lazımdır ki, bu qiymət sadə vətəndaşlar üçün deyil, bu qiymətlər bizim üçün əlçatan deyil. Bu qiymətlər və lüks otaqlar premium müştərilər üçündür. Onlar üçün bu otaqlar əlçatandır və belə müştərilər əsasən xaricdən gələn çox varlı insanlar olurlar. Belə otaqlar xaricdən gələn böyük holdinq sahibləri üçün nəzərdə tutulur. 

Bu qiymətə otellərdə “kral otaq”larının olması Azərbaycanda turizm bazarının nə dərəcədə inkişaf etməsinin göstəricisidir. Sadəcə, bu otaqların sadə vətəndaşlar üçün əlçatan olmaması onlara təəccüblü gəlir”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!