Azərbaycanlılar İrana getməkdən üz döndərdi -   Bu ölkəyə səfərlər ÇOXALDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar İrana getməkdən üz döndərdi - Bu ölkəyə səfərlər ÇOXALDI

Turizm

22 Oktyabr 2026 10:03 347


2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.

Bu barədə “Yeni Sabah”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, ölkəyə gələnlərin 27,1 faizini Rusiya, 19,4 faizini Türkiyə, 7,7 faizini İran, 4,9 faizini Gürcüstan, 4,5 faizini Qazaxıstan, 3,7 faizini İsrail, 3,5 faizini Pakistan, 3,1 faizini Özbəkistan, 2,8 faizini Çin, 2,6 faizini Hindistan, 2,4 faizini Səudiyyə Ərəbistanı və 1,6 faizini Ukrayna vətəndaşları təşkil edib. Toyuqlu pizza

Gələnlərin 1,3 faizi Türkmənistanın, hər biri 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniyanın, 1 faizi Belarusun və 12,2 faizi digər ölkələrin vətəndaşları, eləcə də vətəndaşlığı olmayan şəxslər olub. Onların 66,8 faizi kişilər, 33,2 faizi qadınlardır.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb.

Bunun əksinə olaraq, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Azərbaycan vətəndaşlarının xarici səfərləri də azalıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 1 milyon 575,3 min nəfər olub.

Xaricə gedən vətəndaşlarımızın 44 faizi Türkiyəyə, 14,6 faizi Rusiyaya, 13 faizi Gürcüstana, 5,1 faizi İrana, 23,3 faizi isə digər ölkələrə səfər edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı 2,3 faiz, Gürcüstana gedənlərin sayı isə 17,6 faiz artıb. Rusiyaya səfər edənlərin sayı 2 faiz, İrana gedənlərin sayı isə 44,5 faiz azalıb.

Xaricə gedən Azərbaycan vətəndaşlarının 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib. Onların 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!