Bakıda iki ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iki ev yandı

Hadisə

07 Fevral 2022 09:59 560


Bakıda iki evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Bakı şəhərinin Binəqədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 70 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvar və altına yığılan 5 ədəd soyuducu, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə və ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub. Dominos pizza

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!