Bakıda iki nəfər sürücünü boğmağa cəhd edib: Avtomobili qaçırıblar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iki nəfər sürücünü boğmağa cəhd edib: Avtomobili qaçırıblar

Hadisə

24 Aprel 2023 13:25 927


Bakıda sürücüyə qarşı quldurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində “Khazar” markalı avtomobildə olan iki sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sonuncunun avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb. Dördpendirli pizza

Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!