Gələn həftə Bakıda İran, Azərbaycan və Rusiya üçtərəfli görüşü keçiriləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə İslam Respublikasının Azərbaycandakı səfiri Abbas Musəvi məlumat yayıb.
O, Azərbaycan Baş nazirin müavini və Azərbaycan-İran Müştərək İqtisadi Komissiyasının rəhbəri Şahin Mustafayevlə görüşüb. pizza
Bu görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrində son inkişaflar və bu il dövriyyənin 22% artması, xüsusilə nəqliyyat sahəsində müştərək layihələr, eləcə də gələn həftə İran, Azərbaycan və Rusiya arasında nəqliyyat dəhlizləri ilə bağlı mövzular müzakirə olunub.
Telegram kanalımız