Bakıda İran vətəndaşı qəza törətdi:    3 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda İran vətəndaşı qəza törətdi:  3 nəfər öldü

Hadisə

16 Mart 2022 10:56 781


Bakıda İran vətəndaşı qəza törədib, 3 nəfər ölüb. 

“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb. pizza mizza

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat şöbəsində istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!