Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanıldı

Kriminal

20 Dekabr 2025 18:51 815


Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. pizza sifarişi

Həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1 450 manat və 4 300 dollar oğurlayıb. O, törətdiyi əməli ört-basdır etmək üçün çantaya oğurladığı maddi vəsait miqdarında saxta əsginaslar qoyub. Bununla bağlı 65 yaşlı zərərçəkən polisə müraciət edib.

Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!