Bakıda isti, rayonlarda yağış -   Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda isti, rayonlarda yağış - Sabahın hava proqnozu açıqlandı

Sosial

05 İyun 2022 12:24 1459


Milli Hidrometeorologiya Xidməti iyunun 6-da gözlənilən hava şəraiti barədə proqnozu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Pepperoni pizza

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!