Bakıda mülki şəxsə qarşı quldurluq hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında baş verib. Kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Salyan rayon sakini Mübariz Əzizov adıçəkilən kafedən çıxan zaman bir nəfər tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək üz nahiyəsindən yumruqla vurması və mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşıb. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız