Bakıda kimyəvi təmizləmə müəssisəsindən içində pul olan seyf oğurlandı
26 Sen 2020 18:57
602

Bakıda kimyəvi təmizləmə müəssisəsindən içində pul olan seyf oğurlandı

Bakının Nəsimi rayonunda oğurluq törədilib.

Yenisabah.az xəbər verir ki, Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Naməlum şəxslər Mirəli Qaşqay küçəsində yerləşən, 1960-cı il təvəllüdlü Həsən Məmmədova məxsus kimyəvi təmizləmə müəssisəsindən içində pul olan seyf oğurlayıblar.

Müəssisə sahibinin sözlərinə görə, həmin şəxslər qapını sındıraraq içəri giriblər.

Seyfdə təqribən 4000 manat pulun saxlanıldığı bildirilir.

Cinayət 20-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər