Bakıda kirayə mənzil tapmaq niyə çətinləşir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kirayə mənzil tapmaq niyə çətinləşir? - Video

Sosial

15 Dekabr 2023 01:49 718


Bakıda mənzillərin kirayə qiymətləri adətən avqust-sentyabr aylarında bahalaşır. Tələbələrin kütləvi şəkildə paytaxta üz tutması mənzillərə tələbatı artırır.

Bəs sonrakı dövrdə qiymətlər niyə enmir?

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev hesab edir ki, kirayə mənzillərin bahalaşması köhnə binaların sökülməsi ilə bağlıdır: Pepperoni pizza

“Paytaxt ərazisində kirayə qalmaq üçün ucuz mənzillər daha çox mərkəzə yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərindən ibarət massivlərdə olurdu. Həmin ərazilər də mütəmadi olaraq sökülür və yeni tikili binalarla əvəzlənir. Bu səbəbdən artıq paytaxt Bakıda ucuz qiymətə kirayə mənzillər tapmaq çətinləşib”.

Ekspert qeyd edib ki, yeni binalarda kirayə qiymətləri köhnələrlə müqayisədə iki dəfə çoxdur. Söküntü prosesi sürətləndikcə qiymətlər daha da artacaq.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!