Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb mağazaya çırpdı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb mağazaya çırpdı 

Kriminal

07 Sentyabr 2023 09:10 1161


Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsi 5 ünvanında baş verib.

Belə ki, Guşbər Feyziyeva metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib. Mübahisə zamanı Ceyhun Guşbərə məxsus "Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib. Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb. Pepperoni pizza

Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb. Qadın polisə müraciət edib. Əraziyə yanacaq dağıldığlna görə FHN-in DYMX-nin əməkdaşları o cümlədən polislər cəlb edilib. Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!