Bakıda kişi qayçı uddu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi qayçı uddu - FOTO

Hadisə

09 Sentyabr 2022 10:55 1116


Bakıda yad cisim (qayçı) udan vətəndaş əməliyyat olunub.

Yenisabah.az xəbər verir ki, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən 6 sentyabr 2022-ci il saat 22:10 radələrində yad cisim (qayçı) udan vətəndaş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında qayçı aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb. Dominos pizza

Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.

Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir.

Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!