Bakıda köhnə avtomobillərlə bağlı yeni təklif:   Məhdudiyyətlər... - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda köhnə avtomobillərlə bağlı yeni təklif: Məhdudiyyətlər... - Video

Sosial

26 Mart 2023 15:12 7914


Bakıda atmosferdə dəm qazının miqdarı normadan 1,6-2 dəfə artıqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, son günlər havada dəm qazının miqdarının çox olması, adətən nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması ilə əlaqədardir. pizza hut

Ekoloq Rauf Sultanov "Xəzər Xəbər"ə deyib ki, Bakı şəhərində havanın tərkibində karbon oksidinin çox olmasının əsas səbəbi nəqliyyat vasitələrinin buraxdığı qazlardır.

Bəs havadakı dəm qazının miqdarını azaltmaq üçün nə etmək lazımdır?

Rauf Sultanov hesab edir ki, Bakıda köhnə avtomobillərin və ağırtonnajlı yük maşınlarının istismarına məhdudiyyət qoyulmalıdır.

Həkimlər isə xəbərdarlıq edirlər ki, atmosferdə dəm qazının miqdarının normadan artıq olması ağciyər xəstəliklərinə yola açan başlıca amildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!