Bakıda koronavirusla bağlı xəstəxananın tikintisinə başlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda koronavirusla bağlı xəstəxananın tikintisinə başlanıldı - Video

Sağlamlıq

10 Aprel 2020 09:40 761


Bakıda koronavirusla bağlı xəstəxana qurulur - VideoBakıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 6 yeni modul tipli xəstəxananın tikintisinə başlanılıb. 

Yenisabah.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, belə xəstəxanalardan biri paytaxtın Hənifə Ələsgərov küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində tikilir.

Modul tipli xəstəxanaların qurulması tam başa çatdıqdan sonra bütün palatalar lazımi avadanlıqlarla təchiz ediləcək.  pizza hut

Hazırda ölkə ərazisində 22 xüsusi rejimli xəstəxanada virusa yoluxanların müalicəsi həyata keçirilir. Modul tipli xəstəxanalar da infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün qurulur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə dövlət büdcəsindən 14.8 milyon manat pul ayrılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!