Bakıda körpəsini həyətə tullayan şəxsə 11 il 3 ay həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda körpəsini həyətə tullayan şəxsə 11 il 3 ay həbs cəzası verildi

Kriminal

18 Noyabr 2022 12:26 720


Bakıda 1 yaşlı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Samir Ağakərimova hökm oxunub və o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi keçirilən prosesdə elan olunub.

Hadisə bu il aprelin 26-sı paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Dördpendirli pizza

S.Ağakərimov 1 yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!