Bakıda kredit faizləri regionlardan iki dəfə yüksəkdir - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kredit faizləri regionlardan iki dəfə yüksəkdir - Video

İqtisadiyyat

04 Sentyabr 2022 23:20 1958


"Bakıdan fərqli olaraq regionlarda kreditlər daha yüksək fazilə təklif edilir".

Yenisabah.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, kredit faizləri üzrə ən aşağı göstərici Bakıda və Naxçıvanda qeydə alınıb. Bu göstərici paytaxtda 10.68, Naxçıvanda isə 13.04 faizdir. Sezar pizza

Millət vəkili deyib ki, orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda, bütün növ biznes borclanması da daxildir.

Vüqar Bayramov hesab edir ki, regionlarda yaşayan sahibkarlar və vətəndaşlar daha yüksək fazilərlə kredit götürmək məcburiyyətində qalırlar. Bu isə daha çox borclanmaya səbəb olur.

Millət vəkilinin sözlərinə görə, regionlarda sərmayə qoyluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!