Bakıda küçədə 50 yaşlı kişi qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda küçədə 50 yaşlı kişi qətlə yetirildi

Kriminal

29 Sentyabr 2022 11:01 1028


Bakıda küçədə 50 yaşlı Valeh Qədəşov qətlə yetirilib.

Yenisabaha.az Report-a istinadla xəbər verir ki, Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata görə, sentyabrın 29-u saat 03 radələrində rayonun Buzovna qəsəbə sakini, 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı oğlu, 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!