Bakıda külək güclənib -   Faktiki hava 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda külək güclənib - Faktiki hava 

Sosial

17 Yanvar 2024 15:26 289


Ölkədə şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, saat 12:00-a olan məlumata əsasən küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.  pizza hut

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Aran rayonlarında 13°-dək isti, Naxçıvan Muxtar Respublikasında 3°-dək isti, dağlıq rayonlarda 3-7° isti qeydə alınıb. 

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!