Bakıda külək gün ərzində daha da güclənəcək   - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Bakıda külək gün ərzində daha da güclənəcək - Faktiki hava

Sosial

08 Yanvar 2022 13:17 701


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-nə olan məlumatına əsasən, səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.

ETSN-in Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Yenisabah.az-a verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrdir.

Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq. Dominos pizza

Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!