Milli Hidrometeorologiya Xidməti avqustun 10-da gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal küləyi əsəcək. Temperatur gecə 22-25° isti, gündüz 30-34°, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. Marqarita pizza
Abşeron çimərliklərində gözlənilən hava şəraiti mülayim şimal küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Telegram kanalımız