Bakıda küləkli hava güclənib - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Bakıda küləkli hava güclənib - Faktiki hava

Sosial

30 Dekabr 2025 16:13 474


Milli Hidrometeorologiya Xidməti dekabrın 30-u saat 15:00-a olan faktiki hava açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Göyçayda 21, Şəki, Qəbələ, Qobustan, Şahdağ, Neftçalada 20, Kürdəmirdə 19, Mingəçevir, Naftalan, Daşkəsən, Şamaxıda 18, Bakıda və Abşeron yarımadasında eləcə də Oğuz, Sabirabad, Kəlbəcərdə 17, İsmayıllı, Bərdə, Gədəbəy, Göygöldə 16, Zəngilanda 15 m/s-dək güclənir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!