Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə iyunun 3-ü saat 23 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb. Pepperoni pizza
Belə ki, paytaxt sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Telegram kanalımız