Bakıda maşın vurub öldürən Gülgün məmur qızıdır   - Təfərrüatlar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda maşın vurub öldürən Gülgün məmur qızıdır - Təfərrüatlar

Kriminal

19 Sentyabr 2019 20:09 1863


İki gün əvvəl Bakıda faciəvi şəkildə dünyasını dəyişən gənc qızla bağlı bəzi təfərrüatlar məlum olub. 

"Yeni Sabah" xəbər verir ki, "Criminal.az" saytına daxil olan məlumata görə, Ramal Məmmədovun idarə etdiyi 

"Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobilin vuiraraq öldürdüyü 25 yaşlı Gülgün Əmiraslanlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov şöbəsinin rəisi Saday Abdullayevin qızıdır. Dominos pizza

S.Abdullayev əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri işləyib.  

Xatırladaq ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!