Bakıda məktəbdə azyaşlı qıza qarşı əxlaqsızlıq: “Artıq tutulub“

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəbdə azyaşlı qıza qarşı əxlaqsızlıq: “Artıq tutulub“

Hadisə

29 Oktyabr 2022 10:16 1108


Bakıda məktəbli qız cinsi qısnamaya məruz qalıb.

Yenisabah.az avtosfer-ə istinadla xəbər verir ki, bu barədə məktəblinin atası məlumat verib.

O bildirib ki, 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib: Dominos pizza

"Mən yolda olarkən arvadım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı zəng edib, tez özünü məktəbə çatdır. Məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, cinsi qısnama faktı təsdqini tapıb: "Artıq həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!