Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar. Pepperoni pizza
Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, xəstəxanaya 14 şagird gətirilib:
“Hazırda onlar təcili yardım şöbəsindədilər. Vəziyyətləri ağır deyil, həkimlərin nəzarətindədirlər. Həyati təhlükələri yoxdur”.
Telegram kanalımız