Bakıda əvvəllər “VİP style estetik” adı ilə fəaliyyət göstərən “ASTHETİK LAB” klinikası fırıldaqçılıqda ittiham olunur.
Yenisabah.az xəbər verir ki, bu haqda yazar Aysel Əlizadə sosial şəbəkədə məlumat verib.
O, sözügedən klinikanın insanların nömrəsini icazəsiz yaydığını və klinikaya dəvət etdikdən sonra onları aldatdığını bildirib: pizza sifarişi
““ASTHETİK LAB” klinikası qadınların nömrələrini bir-birindən alıb, onları klinikalarına gətirirlər və güzəşt edəcəklərini, estetik müayinə edəcəklərini deyirlər. 5 ildən çoxdur bu klinikalar şəbəkəsi fırıldaqla məşğuldur. Qadınları klinikaya dəvət edirlər, dayanmadan zəng edirlər. Bütün karantin müddəti mənə zəng ediblər, əl çəkmirlər. Onlara demişəm ki, sizi 102-ə şikayət edəcəyəm. Bəlli deyil ki, hansı məmurun klinikasıdır. Hər dəfə şirkətə gəlirəm, kosmetoloq-həkim oturur qarşımda. Yalandan axırda adamı xəstə çıxarırlar, mallarını satırlar. Hansı biznesmenin, hansı məmurun şəbəkəsidir bilmirəm, bu şirkət məni boğaza yığıb. Xanımlardan xahiş edirəm, heç kimin nömrəsini onlara verməyin. Mən onların zənglərinə cavab verməkdən yorulmuşam. Bunlara kim bu qədər icazə verir, karantin müddətində bunlar necə zəng edib xanımları klinikaya dəvət edirlər?”
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız