Bakıda mühüm görüş: Azərbaycan və BVF rəsmi nümayəndələri bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mühüm görüş: Azərbaycan və BVF rəsmi nümayəndələri bir araya gəldi

İqtisadiyyat

15 İyul 2026 16:23 83


Maliyyə Nazirliyində rəsmi Bakı ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında iqtisadi tərəfdaşlığın gələcək inkişafı və institusional islahatlar müzakirə edilib.

"Yeni Sabah" rəsmi mənbəyə əsasən xəbər verir ki, iyulun 15-də maliyyə nazirinin birinci müavini Anar Kərimov BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan iqtisadiyyatındakı mövcud artım templəri, büdcə-fiskal siyasəti, gələcək perspektivlər, eləcə də tərəflər arasında planlaşdırılan IV Maddə məsləhətləşmələrinin əsas prioritetləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Sezar pizza

Nazir müavini Anar Kərimov son illərdə dövlət maliyyəsinin idarə olunması istiqamətində həyata keçirilən köklü islahatlara diqqət çəkib. O bildirib ki, ortamüddətli fiskal çərçivənin tətbiqi ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsində, xərclərin səmərəliliyinin artırılmasında və dövlət borcunun təhlükəsiz həddə saxlanılmasında əsas rol oynayır:

"Ortamüddətli dövrdə dövlət büdcəsinin qeyri-neft sektoru hesabına maliyyələşmə imkanlarını genişləndirmək hökumətin əsas hədəfidir. Biz Dövlət Neft Fondundan edilən transfertləri mərhələli şəkildə azaldaraq, ölkənin fiskal dayanıqlığını daha da gücləndirmək niyyətindəyik".

Görüşdə həmçinin nəticəyə əsaslanan büdcə mexanizmlərinin tətbiqi, dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması, büdcə şəffaflığının artırılması və dövlət müəssisələrinin fəaliyyətinə nəzarətin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə də danışılıb.

BVF-nin missiya rəhbəri Anna Bordo ölkədə maliyyə sisteminin sağlamlaşdırılması və iqtisadi dayanıqlığın qorunması məqsədilə atılan addımları yüksək qiymətləndirib. Xanım Bordo vurğulayıb ki, rəhbərlik etdiyi qurum iqtisadi siyasətin daha da təkmilləşdirilməsi və idarəetmə potensialının artırılması üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirməkdə qərarlıdır.

Görüşün sonunda tərəflər gömrük və vergi sisteminin müasirləşdirilməsi, "yaşıl" iqtisadiyyat gündəliyi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri daxil olmaqla, qarşılıqlı maraq doğuran bir çox layihələri nəzərdən keçiriblər.

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!