Bakıda müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olundu

Hadisə

23 Fevral 2023 20:28 918


Bakıda narkotik maddənin təsiri altında yetkinlik yaşına çatmayan müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxt sakini olan bir nəfər DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan övladı müştəri kimi əyləşdiyi taksidə olan zaman sürücü uşağa qeyri-etik təkliflər edib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində həmin taksi sürücüsü - Abdulağa Mustafayev saxlanılıb. Araşdırma zamanı sürücünün narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu və qeyri-etik təklifi narkotikin təsiri altında etdiyi müəyyənləşib. Toyuqlu pizza

Abdulağa Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Abdulağa Mustafayev bir ay müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!