Bakıda 62 yaşlı kişi hücuma məruz qalaraq ağır xəsarətlər alıb.
“Yeni Sabah” Report-a istinadla məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 1959-cu il təvəllüdlü İmanov Ellər İbrahim oğlu rayon ərazisində fəaliyyət göstərən bankların birinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. O, hadisə zamanı küt alətlə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun üz, baş nahiyələrində çoxsaylı əziklər və kəsiklər aşkarlanıb. Toyuqlu pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız