Bakıda narkoloji dispanserdə 44 yaşlı kişi bıçaqlandı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkoloji dispanserdə 44 yaşlı kişi bıçaqlandı 

Kriminal

19 Aprel 2023 09:23 875


Bakıda 44 yaşlı kişi bıçaqlanıb. 

"Report"un xəbərinə görə, hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında qeydə alınıb. 

Belə ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Ə.Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.  Dominos pizza

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!