Bakıda məktəbdə oğurluq olub.
Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Telegram kanalımız