Bakıda narkotacirə 10 il həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotacirə 10 il həbs cəzası verildi

Kriminal

16 Fevral 2022 13:47 547


Bakıda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Bəhruz Əmənova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş B.Əmənov 2021-ci ilin yayında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Dominos pizza

Onun üzərindən və yaşadığı evdən ümumilikdə satmaq üçün əldə etdiyi 1 kiloqram 80 qram psixotrop maddə metamfetamin, eləcə də hazır bükümlərdə güclü təsiredici narkotik vasitə olan kokain və elektron tərəzi aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!