Bakıda yeni tikili binalardan yanğınsöndürmə şəbəkəsində olan alətləri oğurlayan şəxs təhlükəsizlik kamerasına yaxalanıb.
“Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, hadisə Yasamal rayonu ərazisində baş verib. Həmin ərazidə bir neçə dəfə də analoji hal baş verib, lakin oğru ilə bağlı hər hansı fakt olmayıb. Bu dəfə isə öz niyyətini həyata keçirməyə çalışan şəxsin görüntüləri kameraya düşüb.
Binanın təhlükəsizliyini həyata keçirən şirkət bildirib ki, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək və videogörüntü də maddi sübut olaraq təqdim olunacaq. Sezar pizza
Telegram kanalımız