“Formula 1” yarışmasına görə bir neçə gündür ki, xaricdən ölkəmizə qonaqlar gəlir və otellərdə tam doluluq müşahidə olunur. Biletlərin hamısı da qabaqcadan satılıb və əlavə biletlərin satılması gözlənilir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm və otelçilik üzrə mütəxəssis Cabir Dövlətzadə deyib.
O, aprelin 28-30-da Bakıda keçirilərəcək “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində turist axınınından söz açıb: Pepperoni pizza
“Son illərdə xarici turistlərin Azərbaycana rəğbəti çoxalıb. Hətta bu il ABŞ-dan Azərbaycana gələn turistlərin sayında da artım görünür. Bu da o deməkdir ki, “Formula 1”ə təkcə Avropada yox, Birləşmiş Ştatlarda da maraq var.
Əgər bu yarış növbəti illərdə davam edəcəksə, onun ölkənin tanıdılması üçün daha böyük rolu olacaq. Çünki bu yarışı sevən azarkeşlər sosial-maddi cəhətdən üstün qrup sayılır. Onlar istənilən ölkəyə yüksək ödənclə səfər edə bilirlər”.
C. Dövlətzadə əlavə edib ki, bu, turizmin yan quruluşlarına – mağazalar, restoranlar və digər ictimai iaşə obyektlərinə ciddi kömək edəcək:
“Çünki turistlər təkcə otellərdə qalmır, həm də restoran və mağazalarda vaxt keçirirlər, hətta bir çoxları regionlara səfər edir. Bu, Azərbaycanın tanınmasına xidmət edir. Ümidvaram, bu layihə daha çox davam edəcək, müqavilə bağlanar və "Formula 1"in keçirilməsi daha bir neçə il artırılar. Bu da ölkəmizdə turizmin inkişafında böyük stimul olar”.
Ekspert xatırladıb ki, bu il “Formula 1”lə əlaqədar Amerika qitəsindən və Avropadan gələnlərin sayında xüsusi artım müşahidə olunur:
“Növbəti sıralarda isə ərəb ölkələri və Rusiya vətəndaşları da var. Hətta siyahıya Türkiyəni də daxil edə bilərik, çünki “Formula 1” yarışlarına görə Türkiyədən gələn turistlərin sayında da artım var.
Təbii ki, otel qiymətlərində təklif və tələbə görə qiymətlər müəyyənləşdirilir. Dünyanın bütün ölkələrində belə yarışlar keçiriləndə bu, özünü göstərir. Azərbaycanda da bununla bağlı qiymətlər ən az 2 dəfə artıb. Qış mövzusunda paytaxt otelləri çətinlik yaşayırlar deyə indiki qiymət artımı da məhz bununla bağlıdır. Yəni onlar gələcək mövsümlərdəki çətinlikləri aradan qaldırmaq üçün həyata keçirilir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız