Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edildi

Hadisə

30 Avqust 2024 22:44 20370


Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən parkda baş verib. Z.M. bacısı ilə parkda dincələnən zaman 1995-ci il təvəllüdlü M.B. onun əyləşdiyi oturacağa oturaraq tanış olmaq istədiyini bildirib.

Qız həmin şəxs tərəfindən narahat edildiyi üçün bacısı ilə yaşadığı evinə doğru piyada hərəkət etməyə başlayıb. Marqarita pizza

Bu zaman M.B. yenidən ona yaxınlaşıb, onu narahat etməyə başlayıb.

Qızın şikayəti əsasında M.B. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.B. barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!