Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, "Mercedes" markalı, "10-EU-018" dövlət seriya nişanlı avtomobil naməlum kişini vuraraq ağır xəsarət yetirib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə DYP əməkdaşları və istintaq qrupu cəlb edilib. Marqarita pizza
Hazırda hadisənin baş verdiyi ərazidə tıxacın qarşısının alınması istiqamətində iş aparılır. /Report
Telegram kanalımız