Bakıda PKK simvolu yapışdırılmış maşınlar peyda olub

saytların hazırlanması

Evə çatdırılma

Bakıda PKK simvolu yapışdırılmış maşınlar peyda olub

Sosial

16 Dekabr 2021 14:00 8951


Jurnalist Aygün Muradxanlı sosail media hesabında hər kəsin marağına səbəb olan paylaşım edib. O, paylaşımında bildirir ki, Bakıda son 1 həftə ərzində 3 dəfə PKK-nın simvolu yapışdırılmış avtomobillə rastlaşıb.

“Orta sinif köhnə maşınlar idi. Biri Badamdarda, biri Cavid prospektində, digəri isə Bayılda rastıma çıxıb. Əgər küçədə gün boyu heç yarım saat olmayan mən, 3 dəfə görmüşəmsə, demək ki, çoxdurlar. Nə məsələdir? DYP bu simvolu tanımalıdır axı”,- deyə jurnalist bildirir.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bizimyol.info saytına açıqlama verən zaman bildirib ki, bununla bağlı heç bir informasiya daxil olmayıb. pizza sifarişi

“Nəqliyyat vasitəsinin üzərində PKK-ya məxsus olan simvol vurulubsa, yəqin ki, aidiyyatı üzrə araşdırma aparılacaq.

Mən bir vətəndaş, sürücü, yol polisi olaraq hesab edirəm ki, belə hallara yol vermək olmaz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • zz
    bu logonu offroad masinlara cox vururlar. mence PKK ile elaqesi yoxdur
    4 years ago