Bakıda polis ağır qəza törətdi   - Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis ağır qəza törətdi - Ölən var

Hadisə

30 Dekabr 2022 15:16 1056


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonu Qobustan qəsəbəsindən keçən hissəsində 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “VAZ”da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib. Marqarita pizza

Qeyd edək ki, qəza törədən sürücü E.Əsədullayev Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantıdır.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!