Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Kriminal

10 Oktyabr 2025 15:39 468


Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib. Dördpendirli pizza

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!