Bakıda qadın narkotacir həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın narkotacir həbs edildi

Kriminal

10 Dekabr 2021 11:01 575


Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb.

Yenisabah.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nuriyeva saxlanılıb. Pepperoni pizza

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə S.Nuriyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!